20.01.2023
19 yanvar 2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Zeyvə kənd Folklor Evində 20 yanvar – Ümumxalq hüzn günü ilə bağlı "Azadlığı qanla yazan Şəhidlər" adlı anım tədbiri keçirilmişdir. Tədbirdə Mədəniyyət işçiləri, kənd sakinləri, ziyalılar və məktəblilər iştirak etmişlər.
Anım tədbirində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxış edən natiqlər, mədəniyyət işçiləri qanlı yanvar hadisələri barədə niqt söyləmişdilər.
Anım tədbirində məktəblilərin hazırladıqları 20 Yanvar hadisələrini əks etdirən səhnəciklər və şeir parçaları səsləndirilmişdir